İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS

Ən çox oxunan kitablar
Elxan Elatlı "Seçilmiş Cəza"
5 Sentyabr , 2017

Azərbaycan ədəbiyyatına Qanbay Qasımlı kimi maraqlı xəfiyyə obrazı gətirən sevimli yazıçımız Elxan Elatlının “Seçilmiş cəza” əsəri həmin obrazın növbəti macərasından bəhs edir. Fikrimizcə, peşəkarlıqla yazılmış bu dedektiv roman da oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

"..Nafizin hələ başına ilk zərbə dəyməmiş, çıxardığı heyrət və dəhşətlə dolu səsi xatırladı. Çığırıb nəsə dedi Nafiz. Ancaq nə dediyi Fərmanın yadında deyildi.Onda elə vəziyyətdə idi ki, sanki, beyni tamam donmuşdu. Bircə o qan damcıları gözlərinin önündən getmirdi. Ağır dəmir parçası hər dəfə Nafizin başına dəyəndə oradan sıçrayan qan damcıları.... Necə də qorxunc, dəhşətli səhnə idi. Bu müdhiş səhnəni Fərman, yəqin ki,ömrünün axırına kimi unuda bilməyəcəkdi".