İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS

Yeni kitablar
Artur Konan Doyl. Seçilmiş əsərləri
8 Sentyabr , 2017
Detektiv ədəbiyyatı janrının ən parlaq nümayəndələrindən biri və Şerlok Holms, professor Çellincer kimi maraqlı obrazların müəllifi olan dünya şöhrətli yazıçı Artur Konan Doyl Böyük Britaniyada anadan olmuşdur. 
Yazıçıya uğur gətirən ilk hekayəsi 1887-ci ildə “Beeton’s Christmas Annual” dərgisində çap olunan “Qırmızı Fayl” adlı hekayədir. 
Kitaba müəllifin oxucuların sevimlisi Şerlok Holms obrazını əhatə edən “Baskervillərin iti” romanı, “İtmiş dünya” povesti və bir neçə maraqlı hekayəsi (“Ala-bəzək lent”, “Göy yaqut”) daxil edilmişdir.Müəllif: Artur Konan Doyl 
Dil: Azərbaycan
Nəşriyyat: Şərq-Qərb Nəşriyyat Evi
Nəşr ili: 2014
ISBN: 978-9952-500-09-7
Səhifə: 344 səh.
Format: 60x84 1/16 (140x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə