İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS

Yeni kitablar
Cənub həsrəti
28 Noyabr , 2018
Cənub həsrəti
1828-ci ildə İran -Rusiya arasında bağlanan Türkmənçay sülh sazişinə görə vətənimiz Azərbaycan iki hissəyə bölündü.Elə o gündən Araz çayı keçilməz sərhəd oldu. Bu çayın üzərində salınmış Xudafərin körpüsü insan ayağına həsrət qaldı. Zaman -zaman Vətəndən vətənə boylandıq. Elə o çağlardan şairlərimiz Cənub həsrəti ilə saysız- hesabsız şeirlər, poemalar yazdılar. Cənublu şairlər də o taydan səsimizə səs verdilər. Beləcə yaranıb Cənub həsrəti şeirlər. Biz bu şeirlərin sərhəd tanımayan "qanadlarında" dəfələrlə Araz çayını keçmiş ,Səhənd Heydərbaba, Eynal - Zeynal dağlarına qalxmış ,Təbrizi , Mərəndi, Zəncanı, Urmiyanı , Xoşginabı gəzib gəlmişik. Ustad Şəhriyarı, Səhəndi, Sönməzi dinləmişik ... Oxuculara təqdim olunan bu topluya Azərbaycan şairlərinin yurd həsrətinin ifadəsi olan şeirlərindən nümunələr daxil edilmişdir.