İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.

Qanunlar, Sərəncamlar, Fərmanlar
Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu
6 Oktyabr , 2016
Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, milli mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanmasının və inkişafının, mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəaliyyətin hüquqi əsaslarını və beynəlxalq əlaqə formalarını müəyyən edir. Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan şifahi xalq yaradıcılığının, adət-ənənələrin qorunmasına və inkişafına, daha çox insanın mədəni irsdən və mədəniyyət sərvətlərindən istifadəsini təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və yayılmasına təkan verir, habelə yaradıcı işçilərin sosial müdafiəsini təmin edir.
Faylı yüklə