İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.

sərəncamlar
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
6 Oktyabr , 2016
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:18 sentyabr 2008- ci il //Azərbaycan. - 2008.-19 sentyabr. - № 210. - S. 2. Sərəncamın mətni DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN ƏSƏRLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 dekabr tarixli 2613 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmasını təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 sentyabr 2008-ci il.
Faylı yüklə