İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.

sərəncamlar
“Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı Bakı şəhəri,12 yanvar 2004 cü il.
6 Oktyabr , 2016
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram: 1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun . 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrində ki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin. 3. Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatına tapşırılsın ki, - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

Davamı PDF-də

Faylı yüklə