İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Elanlar
15 May , 2021
Hörmətli izləyicilərimiz!
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar "Xəmsə" adlı onlayn şeir müsabiqəsinə start verir.
Müsabiqəmizin şərtləri:
1.Müsabiqə 16.05 - 16.06.2021-ci il tarixində sonlandırılacaqdır.
2.Müsabiqə onlayn formada keçiriləcək, şeirlərinizi videoformatda İsmayıllı rayon MKS-nin  facebook səhifəsinə və ya informasiya-resurs@mail.ru elektron ünvanına göndərə bilərsiz.
3. Göndərilən şeirlər İsmayıllı rayon MKS-nin facebook səhifəsində paylaşılacaq və ən çox bəyənmə sayı olan iştirakçı müsabiqənin qalibi olacaqdır.
4.Qaliblər I, II, III yerlər olaraq müəyyənləşdiriləcəkdir.
5.Qaliblər "Fəxri fərman"la  və hədiyyə ilə təltif ediləcəklər.