İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
8 İyun , 2021
8 iyun 2021- ci il tarixində İsmayıllı rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Azərbaycan kinossenaristi, rejissor, Azərbaycan Respublikası Xalq artisti Fətəliyev Ramiz Məmmədəli oğlunun 75 illik yubuleyi ilə əlaqədar "Məlumat saatı " təşkil etmişdir.
İlk öncə Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Lətifova Ruhiyyə tanınmış ssenarist, rejissor Ramiz Fətəliyevin həyat və yaradıcılığı hqqında geniş məlumat verdi.
Daha sonra iştirakçılar Ramiz Fətəliyevin ssenari müəllifi olduğu "Rəqiblər" fimindən qısa bir süjet izlədilər.
Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib.
1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 
1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. 
Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T.Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur", "Birisi gün,gecəyarısı" , "Sizi dünyalar qədər sevirdim", "Burulğan", "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz", SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" , "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti", "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. 
Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.
6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.
Foto Qalereya