İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Tədbirlər
10 İyun , 2021
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərancamına əsasən İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxananın Sisteminin əməkdaşları Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə "Məlumat saatı" təşkil etdilər.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Əbilova Nərgiz və baş biblioqraf Lətifova Ruhiyyə Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə məlumat verdilər. Həmçinə öz çıxışlarında bildirdilər ki, əsirlər keçsədə aşıq sənəti ölməz və əbədidi.Var olsun bu sənəti yaşadanlar.
Daha sonra Komplektləşmə və Kitab işləmə şöbəsinin müdiri Qəndiyeva Zərifə Aşıq Ələsgərin "Dağlar" şeirini oxudu.
Foto Qalereya