İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
3 Sentyabr , 2021
Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.
İlyas Əfəndiyev. "Körpüsalanlar".
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları nasir, dramaturq, Azərbaycan SSR xalq yazıçısı İlyas Əfəndiyevin "Körpüsalanlar" romanının müzakirəsin keçiriblər. Müzakirə zamanı əsərin qəhrəmanları müqayisəli şəkildə təhlil olunub, hərə öz münasibətlərini bildirib.
İlyas Əfəndiyev yeni hissləri təbliğ edən canlı, romantik obrazlar yaradan orjinal yazıçıdır və 60–80-cı illərdə şöhrət qazanmış "Körpüsalanlar" romanını oxucular və tənqidçilər arasında fikir ayrılığına səbəb olur.
"Körpüsalanlar" romanının Səriyyə obrazı ailə-əxlaq normalarının saflığını pozan, davranışlarında sərbəst, nə müasir həyatla, nə də milli adət və ənənələrlə bağlanan, ipə-sapa yatmayan, xoşbəxtlik anlayışı fərqli olan bir qızdır.
Romanının digər qəhrəmanı Adil - vəzifəpərəst, qadını kişidən aşağı statusda görən bir gəncdir. Onu Səriyyədən fərqli olaraq xoşbəxtlik anlayışı vəzifə pillələrini yuxarı qalxmaqdan ibarətdir.
Səriyyə qadın haqlarının tanındığı bir cəmiyyətdə yaşayır. Xoşbəxt olamaq üçün hər bir imkanı var. Mental mədəniyyətimizi nəzərə alsaq hər çür xöşbəxtliyi olan Səriyyənin ərindən ayrılmaq istəyi mübahisə doğurur.
Onların həyata baxışlarında zövq və xarakterində ciddi fərqlər yenicə qurulmuş bir ailini uçuruma aparır.
Foto Qalereya