İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Tədbirlər
1 Oktyabr , 2021
İsmayıllı rayon MKS-nin Xəlilli kənd kitabxana filialalı Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi İmamverdi Əliyevin doğum günü ilə əlaqədar vidoməlumat hazırlamışdır.
İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra İmişli rayonu Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1972-ci ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi işə başlayıb, oxumaq arzusu ilə 1973-1977-ci illərdə Bakı Mailyyə-Kredit Texnikumunda təhsil almışdır. Sonra Azərbaycan Nəqliyyat milisinin Bakı xətt milisində işləmişdir.
Zabit rütbəsi ilə 1980-ci ildə İmişli rayon DİŞ-də mühafizə bölməsində baş inspektor vəzifəsində çalışıb. 1987-ci ildən İmişli rayonunda qanunçuluğun keşiyində durub.
Daha sonra məlum Qarabağ hadisələri başladı. O zaman Cəbrayıl rayonunun müdafiəsində dörd erməni tankını məhv edən, Hadrud rayonunun Şaqax kəndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nəfər erməni quldurunu yerə sərən İmamverdi Əliyev özü də şəhid oldu. Bütün bunlar 1991-ci il 15 noyabr-da səhər çağı baş verdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.