İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Görkəmli şəxsiyyətlər
9 Aprel , 2015

                                             Mirdamət Sadıqov

İiqtisad elmləri doktoru, professor  Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, elə həmin ildə də İnstitutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.
1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilib və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. 1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat elmlər namizədi adına layiq görülüb. Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə ” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və orta ixisas Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb. 1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakultəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilib və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib. 1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-dək kollecin direktoru vəzifəsinə təyin edilib.
       1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən  Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur.
     1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnstituna prorektor vəzifəsinə təyin edilib. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 
        2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-nın Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 
      2 sentyabr 2010-cu il tarixdə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilib. 
     Ailəlidir 4 övladı var.