İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Görkəmli şəxsiyyətlər
9 Aprel , 2015

                                                       Əbülhəsən Ələkbərzadə

           Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (1904-1986) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1979).

1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı ordeni" (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir.

"Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur.

1986-cı ildə vəfat etmişdir.