İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Görkəmli şəxsiyyətlər
7 Aprel , 2015

                                             Bahəddin  Mirzəyev

             1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir. Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.

Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.

Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.

SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli əmrinə əsasən Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.