İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Görkəmli şəxsiyyətlər
5 Aprel , 2015

                                                                Aydın Səlimzadə

            Azərbaycan etnoqrafı, tarixçi alim, şair, yazıçı-publisist, "Elm və həyat" jurnalının baş redaktoru.

   02 iyul 1953-cü ildə İsmayıllı rayonunda Hacıhətəmli kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə lap gənc yaşlarından başlamışdı.

Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində qiyabi təhsil aldığına görə, universiteti bitirənə qədər doğulduğu İsmayıllı rayonunda fəhləlikdən müəllimliyə qədər bir təcrübə məktəbi keçmişdir.

1979-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitunda işləmişdir.

Tarix İnstitunun aspiranturasına qəbul olunandan sonra, Moskvada Etnoqrafiya İnstitutunda təcrübə keçmiş və 1986-cı ildə Minsk şəhərində "Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni-məişət əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

19891992-ci illərdə AEA-nin "Elm" qəzetinin baş redaktoru olmuş, 1992-1993-cü illərdə isə Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və informasiya üzrə müavini vəzifəsində çalışmışdır.

1993-cü ilin sentyabr ayında "Elm və həyat" jurnalının baş redaktoru təyin olunmuşdur.

1995-ci ildə - 42 yaşında vəfat etmişdir.

Oğlu Ayaz hüquqşünas, qızı Aygün isə həkimdir.