İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Görkəmli şəxsiyyətlər
1 Aprel , 2015

 

                                                            Manaf  Süleymanov

   Manaf Fərəc oğlu Süleymanov - yazıçı, nasir, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991).

   Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitunun geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.

   Əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

   Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.