İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İsmayıllı rayon MKS
Tədbirlər
2 Avqust , 2022
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun doğum günü ilə əlaqədar videomaterial hazırlanıb
İsmayıllı rayon MKS-nin Ağbulaq kənd kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü Əliyev Ehtiram İsrayıl oğlunun doğum günü ilə əlaqədar videomaterial hazırlayıb.
Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Videoməlumata keçid: https://www.facebook.com/100023535097787/videos/1465521010560198/