İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İsmayıllı rayon MKS
Xəbərlər
24 Yanvar , 2023
İqtisadi qüdrəti artıran amil
Ölkəmizin iqtisadi sahədə apardığı həm daxili, həm də xarici siyasət öz töhvələrini verməkdədir. Ölkə başçımızın bu son qısa müddət ərzində dəvət aldığı və keçirdiyi dünya əhəmiyyətli görüşlər bunu deməyə əsas verir.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur.
“Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Prezident cənab İlham Əliyev Azərbaycanın tranzit imkanları, bu sahə ilə əlaqəli yaradılan müasir infrastrukturu, region ölkələri ilə olan yüksək səviyyəli münasibətlər və eləcə də enerji layihələri haqqında geniş çıxış etmişdir.
Son illər nəqliyyat sahəsindəki inkişaf ixracımızı şaxələndirməyə imkan verəcək deyərək mövzu ilə bağlı çıxış edən dövlət başçımız bildirmişdir: “Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq”.
Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

İsmayıllı rayon MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva