İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
İsmayıllının tarixi-memarlıq abidələri
2 Oktyabr , 2015

     Şirvanşahların  son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar tikdirmişdir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı Mustafa xan  Fit qalasında müdafiə olunmuşdu. Qaladan XVIII əsrin sonlarına kimi istifadə olunub