İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
İsmayıllının tarixi-memarlıq abidələri
2 Oktyabr , 2015

    Qala İsmayıllı rayonu ərazisindədir. Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray-kompleksi -Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir. Qalanın tikintisində 24*24*6, 25*25*6 və 26*26*6 sm ölçüdə olan kərpiclərdən daha çox istifadə edilmişdir. Qalaya avtomobilə getmək olar