İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
4 May , 2016

04 may 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində Sosialist Əməyi Qəhrəmanı Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi ilə bağlı xatirə gecəsi keçirilib.

Prezident İlham Əliyevin insana qayğı göstərmək,xalqa xidmət etmək tapşırığı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən rayonun bütün idarə, müəssisə və təşkilatları  ilə birgə məsuliyyətlə həyata keçirilir.

  Nikolay Nikitinin 90 illiyinin rayon miqyasında, millət vəkillərinin, çoxsaylı qonaqların, İvanovkanın nümayəndələrinin, geniş ictimaiyyətin iştirakı ilə yüksək səviyyədə keçirilməsi məhz bu məsuliyyətdən irəli gələn tədbirlərin növbətçisidir.
  Xatirə gecəsi Nikolay Vasilyeviçin həyat və fəaliyyətini əks etdirən filmlə başladı. Ümummilli liderin İvanovkaya səfərindən fraqmentlər də filmdə əksini tapmışdı.
 N.Nikitin adına kolxozun müşahidə şurasının sədri İvan Prokofyev Nikitinin həyat və fəaliyyəti barədə danışdı.

  İvanovkanın bütün tədbirlərinin fəal iştirakçısı, Millət Vəkili Novruz Aslanov, İsmayıllı rayonunda hakim işləyərkən Nikitinlə işgüzar  və səmimi münasibətlərdə olmuş Millət Vəkili Tahir Kərimli çıxış etdilər. Bugünkü İvanovkanın formalaşmasında xüsusi xidmətləri olmuş keçmiş sədrin nümunə olacaq keyfiyyətlərindən danışdılar.
     Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Nikolay Nikitin və İvanovkanın keçmişi-bugünü barədə geniş çıxış edərək bildirib ki, xalq, dövlət və eli-obası, Azərbaycan elmi, ədəbiyyatı qarşısında böyük xidmətləri olan, əmək və döyüş cəbhələrində qəhrəmanlıq göstərən insanların yubileylərinin, xatirə gecələrinin, anım günlərinin keçirilməsi rayonda çox gərəkli bir ənənə halını alıb.