İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
21 May , 2016

21 may 2016-ci il tarixində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda YAP Qadınlar Şurasının İsmayıllı rayonunda regional müşavirəsi keçirildi. Şirvan zonası üzrə - İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarını əhatə edən regional müşavirədə 300 nəfərə yaxın qadın YAP üzvü, Millət Vəkilləri, ziyalılar və rayon ictimaiyyət nümayəndələri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları və müşavirə iştirakçılarını salamladı və onları İsmayıllıda görməkdən çox məmnun olduğunu ifadə etdi. Müşavirənin keçirilməsi üçün İsmayıllını məkan seçdiyinə görə  YAP İdarə Heyəti üzvü, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya minnətdarlığını bildirdi.
Müşavirəni YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıq elan etdi və ilk sözü YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya verdi. Professor Nurlana Əliyeva “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda məruzə etdi. Millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanovanın, Millət Vəkili, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynovanın, YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərovanın, YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Zivər Zeynalovanın, YAP Ağsu rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyevanın, YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyevanın, YAP qadınlar Şurası İdarə Heyətinin üzvü, Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazovanın çıxışları müşavirə iştirakçıları tərəfindən maraqla qarşılandı.