İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Haqqımızda
22 İyun , 2016

İsmayıllıda kitabxana ilk dəfə 1948-ci ildə rayon mərkəzində yaradılıb. Açılışında xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun iştirak edib.
1950 –ci ildən başlayaraq kəndlərdə kitabxanalar yaradılmağa başlanıb.
1981-ci ildən MKS kimi formalaşıb. Hazırda rayonda 41 kənd kitabxana filialı , 2 şəhər , 2 qəsəbə , 1 Mərkəzi kitabxana və Uşaq kitabxanası fəaliyyət göstərir. 2004-cü ildən MKS Beynəlxalq layihələrdə iştirak edərək Regional Kitabxana Məlumat Mərkəzinin yaradılmasına nail olub.
Bununla da oxucuların kitabxanaya gəlişi çoxalıb.Tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir ki,bu zaman da komputer və internet şəbəkəsinin köməyindən geniş istifadə olunur.
Daha çox köməklik təhsil işçilərinə, müəllimlərə, şagirdlərə göstərilir.Buraya üz tutan hər kəs istədiyi informasiyanı ala bilir.

    2015-cü ilin yekun hesabatına əsasən İsmayıllı rayon MKS –nin Mərkəzi Kitabxanada kitab fondu 398315 nüsxədən ibarətdir.Bunlardan 81852 – latın, 236213 – kirl qrafikalı.

75087 – rus dilində, 5163 – ingilis dilindədir.

Mərkəzi  kitabxanada   6  şöbə   fəaliyyət  göstərir.

  1. Xidmət  şöbəsi
  2. Metodika şöbəsi
  3. Kitabişləmə  və  komplektləşdirmə  şöbəsi
  4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
  5. İnformasiya – Resurs şöbəsi
  6. Uşaq şöbəsi

 

Ünvan : İsmayıllı rayon H.Əliyev pr.59 A

Tel : ( 020 ) 28-5-34-37

Fax : ( 020 ) 28-5-34-37

E-mail : ismayilli_kitabxana@mail.ru

Web sayt : ismayilli.cls.az