İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Rayon haqqında
15 Sentyabr , 2016

İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2016-cı il tarixə 84892nəfərdir.
Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.

“Yeni İsmayıllı” adlı rayon qəzeti 1934-cü ildən nəşr olunmağa başlamışdır. 1965-ci ildən “Zəhmətkeş”, 1966-cı ildən “Cavanşir yurdu”, 2003-cü ildən 2013-cü ilə qədər “Girdiman” adı ilə nəşr olunmuşdur. 24 yanvar 2008-ci il tarixdən rayonda "İsmayıllı xəbərləri" qəzeti nəşr olunur. 
1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.

İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur.
Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı  fəaliyyət göstərir.
Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm Qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və ismayıllı Dövlət Humanitar və Texnalogiya Kolleci mövcuddur.

Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 874 ailə (3475nəfər) müvəqqəti məskunlaşmışdır.
Rayonda 4 QHT, 15 dini icma, 8 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 133 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 140 şəhid ailəsi, 21 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 12 nəfər əməkdar müəllim, 11 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.