İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Haqqımızda
16 Sentyabr , 2016
Şəhər (rayon) Mərkəzi Kitabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb- saytının idarə olunması (veb-saytın operativ yenilənməsi, əlavə və dəyişiklərin  edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının  yaradılmasını həyata keçirir.