İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Dağlıq Qarabağ münaqişəsi
2 Noyabr , 2016

Əsgəran rayonu - Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir.

Əsgəran Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhərdir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilib. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, “Köhnə Aran, qədim Aran” mənalarını özündə daşıyır. “Alban tarixi” əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi göstərilib.
Əsgəran şəhəri Ermənistan tərəfindən Xocalı rayonu işğal edilərkən (fevral 1992) zəbt edilib, hazırda Ermənistanın işğalı altındadır.