İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Tədbirlər
10 Yanvar , 2017
2017-ci il yanvarın 9-da  İsmayıllı rayon  MKS-nin  Uşaq şöbəsində  Gənclərin  asudə vaxtının səmərəli təşkili  münasibətilə  tədbir keçirildi. Tədbirdə R.İ.H-nın məsul  işçisi X.Abbasov,  MKS-nin işçiləri, İsmayıllı Humanitar və Texnologiya Kollektivinin tələbələri  və başqaları iştirak edirdi.
  Tədbiri  giriş sözü  ilə kitabxananın müdiri  R.Süleymanova açaraq bildirdi ki, kitabxana müxtəlif  yaş qrupları üzrə oxuculara  xidmət edir .  I-IV , V-VIII ,IX- XI sinif şagirdləri, kollecin tələbələri  və s.
Kitabxananın kollektivi  öz  oxucularının asudə vaxtının dəyərli  və səmərəli  keçməsini  həm  oxuculara kitabla  xidmət  işi ilə , həm də onlarla müxtəlif  kütləvi  tədbirlərin keçirilməsi  yolu ilə həll edir. Belə tədbirlərdən biri də bizim bu gün təşkil etdiyimiz konsert proqramıdır.
Konsertdə fəal gənclər: Səməd, Azər, Çinarə xanım, Ülvi, Şərif Ali, Samir, Tərlan, Əliyar və balaca  Ayxan öz gözəl ifalarıyla tamaşaçıları elə bil ovsunlamışdılar. Hər ifadan sonra alqış səsləri kəsilmək bilmirdi.Tədbirin sonunda R.İ.Hakimiyyətinin məsul işçisi X.Abbasov çıxış edərək bildirdi ki, belə tədbirlər gənclər üçün çox tərbiyəvi əhəmiyyətə malikdir.Arzu edirik ki, bu tədbirlərin sayı daha da çox olsun.Sonra isə konsertə gələn qonaqlar konsertin hazırlanmasında əməyi olan kitabxananın işçisi Ziya Əlizadəyə və konsertin bədii rəhbəri Zəka.Babazadəyə təşəkkürlərini bildirdilər.

Foto Qalereya