İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
14 Fevral , 2018
14 fevral "Ümumdünya kitab bağışlama günüdür". Bu  gün münasibəti ilə Ismayıllı rayonu Mərkəzi kitabxanasında tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Könül Baxışova açdı. Tədbirdə rayonumuzun şairləri Mehriban xanım və Şahməmməd Dağlaroğlu oxucularla görüşərək öz yaradıcılıqlarından bəhs etdilər. Onlar son yazdıqları şeirlərini səsləndirdilər. Kitab bağışlama günü münasibəti ilə Bilik fondunun direktoru Sevinc Novruzova oxuculara mütaliənin faydasından söhbət açdı. Kitabxananın fəal oxucuları şeirlər səsləndirdi. Sonda tədbir iştirakçılarına kitab hədiyyə edildi.
Foto Qalereya