İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Tədbirlər
16 Aprel , 2018
     Kitabxanamızın uğuru
İsmayıllı MKS-nin Uşaq şöbəsində 16 Aprel 2018-ci il tarixi xoş təəssüratlarla yadda qaldı.  Belə ki, İsmayıllı şəhər İsrayıl Həsənov  adına  1 saylı tam orta məktəbinin VII c sinif şagirdi  Aytac  Hüseynli Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan  “Kitabsevər uşaqlar”  Facebook səhifəsi və  YouTube kanalında keçirilən “Nağıllara səyahət” müsabiqəsində yüksək nəticə göstərdiyinə görə YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə xanım Məmmədova tərəfindən III dərəcəli Diplom ilə təltif olunmuşdur.. Oxucumuz 27 bal toplayaraq III yeri tutmuşdur.
Nəzərə çatdırmaq istərdim ki, Hüseynli Aytac birinci sinifdən  kitabxanamızın fəal oxucularındandır. Kitabxanamızda kiçik yaşlı oxucular üçün müxtəlif mövzuda kitablar vardır.  Aytac demək olar ki, birinci sinifdən bu kitabların çoxunu oxuyub. O, fəal oxucu olmaqla yanaşı, kitabxanamızın hər bir tədbirində yaxından iştirak edir. “Nağıl otağı”nda keçirilən tədbirlərdə, “Kitab müalicəxanası”, “Bacarıqlı əllər” dərnəyində və digər içtimai işlərdə də daima iştirak edir.
Kitabxanada təşkil olunmuş tədbirdə Aytac Hüseyinlinin sinif yoldaşları, müəllim kollektivi və əməkdaşlarımız iştirak etdilər. Tədbirdə İsmayıllı MKS-inin direkroru Könül xanım Baxışova  çıxış edərək fəal oxucumuz olan Aytacı diplomla təltif edib hədiyyə ilə mükafatlandırdı. Xatirə foto şəkilləri çəkildi.                                        
Oxucuların maraqlarını həmişə diqqətdə saxlayan və daima yeni layihələrlə onları sevindirən Azərbaycan Respublikası Mədəniyyət vəTurizm  Nazirliyinin Kitab  dövriyyəsi  və nəşriyyatlarla iş şöbəsi, kitab dövriyyəsi  sektorunun müdiri  və eləcə də YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan  Komitəsinin sədri  Lətifə  xanım Məmmədovaya kitabxana sisteminin inkişafında gösrərdiyi diqqətə görə tədbirdə xüsusi minnətdarlıq bildirildi. 
     

Foto Qalereya