İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Tədbirlər
18 Aprel , 2018

 16 aprel 2018-ci il tarixində İsmayıllı  rayon  MKS-nin  Uşaq şöbəsində  formalaşmış ənənəyə uyğun olaraq növbəti tədbir keçirildi. 
Diyarımızın müxtəlif kəndlərindən şagirdlər kitabxanamıza ekskursiya edib  “Nağıl otağı”nda  xalq nağıllarımızı səhnələşdirib, fondumuzda olan kitablarla maraqlanıb, cizgi filmi seyr etdilər.
Əməkdaşlarımız oxucuların xaişlərini nəzərə alıb kitabxanamızın  divarlarında  olan daşlaşmış nağıllar barədə məlumatlar verdilər. Hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?
    Kitabxanın əməkdaşı  oxucuları düşündürən sualları ətraflı cavablandırdı. Oxucular  sonra kitabxanın digər şöbələri ilə tanış oldular, kitabxanaya  üzv  yazıldılar.
                                                             

Foto Qalereya