İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Tədbirlər
23 Aprel , 2018
Yolunuz kitabxanadan keçsin!
23 aprel 2018-ci il tarixində İsmayıllı MKS-nın Uşaq şöbəsində növbəti tədbir təşkil olundu. Uşaqların dünyagörüşlərinin və biliklərinin artırılması üçün ədəbiyyatımızın təbliği işinin gücləndirilməsi, kütləvi tədbirlərin təşkili kitabxananın əsas fəaliyyətindən biridir. Bu səbəbdən əməkdaşlarımız məktəblərdə olaraq ədiblərimizin əsərlərini təbliğ edib, şagirdləri kitabxanalara cəlb edir.
Hər bir ədəbi yaradıcılıq növü öz dövrünün, zamanının məhsuludur. Yazıçı, şair gördüyünü, düyduğunu yazır. Yalnız mütərəqqi əqidələr, ideyalar öz dövrünü qabaqlayır. Millətlərin, xalqların saf əqidə. əxlaq məsələsinə, maariflənməsinə, önəmli  mentalitetə üstünlük verən əsərlər ədəbiyyat tarixinə düşərək  hər zaman aktual olur. Xalq üçün yaşayanları xalq həmişə əziz tutur. Xalqa xidmət edənləri xalq yaşadır, əbədiləşdirir. Azərbaycan ədəbiyyat tarixində elə böyük sənətkarlar vardır ki, onların fəaliyyəti yaradıcılığı mənsub olduğu xalqın həyatında milli inqilabında, xususi bir mərhələ təşkil edir, əsərlərinin təhsiri, əhəmiyyəti təkçə öz zəmanəsinin hüdudları ilə məhdudlaşmır, həmdə gələcək nəsillər üçün ölməz mənəvi sərvətə əxlaq, tərbiyə məktəbinə çevrilir. Abdulla Şaiq belə şairlərdəndir. 
Abdulla Şaiqin uşaqlar və yeniyetmələr üçün yazdığı kitablar “Gözəl bahar” “İldırım”, “Tülkü həccə gedir”, “Köç” əsərləri  tədbirdə şagirdlərlə təqdim olundu.
“Gözəl Bahar” pyesində Baharla qışın timsalında həyat, ümid və xoşbəxtliklə zülm və fəlakət törədən qüvvələr arasında gedən kəskin mübarizə təsviri, Baharın ordusuna daxil olan Yer, Su, Qaranquş, Torpaq, Çiçəklər, qışın “ordusu” Boran, qar üzərində qələbə çalaraq, şən və xoşbəxt həyatı bərqərar olunması, yaxşılığın pislik üzərində qələbəsi oxucular arasında müzakirə olundu. 
 Balacaların sevimli nağılı "Tülkü həccə gedir" cizgi filmi formatında oxucularımıza nümayış etdirildi. 

Foto Qalereya