İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
6 May , 2018
Balacalar  bizim gələcəyimizdir
Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Uşaqlar üçün yazılan əsərlər xeyirxahdı. Mərd və cəsur qəhrəmanları, maqarlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçrli deyirdi:” o millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qism əsərləri kamal şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk  təlim və tərbiyyəsinin onları oxutmaq ilə başlayır”
Balacalarımızı vətənpərvər, kitabsevər, mütaliə etməklə böyümələri üçün İsmayıllı MKS-nın Uşaq şəbəsində silsilə tədbirlər təşkil olunur. Balacalar bizim gələcəyimizdir. Gələcəyimizi parlaq edək!

Foto Qalereya