İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
10 May , 2018
Bu gün ümummilli liderin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar İsmayıllı rayonunda İsmayıllı rayonu MKS- nin təşkil etdiyi ənənəvi "kitab bayramı" keçirilir.Tədbir Mərkəzi meydandadır. Bayram hələdə davam edir
Mədəniyyət Mərkəzinin qarşısında musiqi ansamblı və folklorlar yerləşmişdir. H.Əliyev müzeyinin qarşısında müxtəlif mövzulu kitab sərgiləri, sağında Rəsm qalereyası və rəsm dərnəyinin üzvlərinin rəsm sərgisi nümayış edilir. Kitab sərgisi və ansablların arasında uşaqlar üçün nağıl guşəsi açılıb ki, burada körpə fidanların nağıl persanajları, oyuncaqlar və nağıl kitabları yer alır. Uşaqlar orda rəqslərini, səhnəciklərini və şeir ifalarını nümayış edirlər. “Mən Azərbaycanı çox sevirəm” devizli şeir müsabiqəsi də təşkil edilib. Hal hazırda müsabiqə bitmək üzərədir 

Turizm bazarında əl işlərinin və turistləri özünə cəlb edən malların nümayişi təşkil olunur. Musiqi məktəbinin şagirdləri bazarın içindəki səhnədə konsert verir.
Mərkəzi meydandan aşağıda isə müəssisələr öz əl işlərini nümayəş etdirirlər. Mədəniyyət Mərkəzindən solda H.Əliyev heykəlinə qədər idmançılar öz məharətlərini nümayış etdirirlər. 
Manitorda H.Əliyevin həyat və yaradıcılığı haqqında film nümayış edilir

Foto Qalereya