İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
19 May , 2018
Biz  kitabla birlikdə yüksəlirik!

Uşaq və yeniyetmə mütaliəsi təkcə cəmiyyətin deyil,  həm də  ölkəmizin öz gələcəyinə olan münasibətin göstəricisidir. Kitaba və mütaliəyə sevgi  aşılamağa lap kiçik yaşlardan başlamaq zəruridir. Uşaqları mütaliəyə cəlb etmək üçün daha münasib və onların diqqətlərini  cəlb edəcək üsullar şeçərək İsmayıllı MKS-nın Uşaq şöbəsində növbəti tədbir təkşil olundu.”Biz kitabla birlikdə yüksəlirik”devizi altında keçirilən tədbir iki hissədən ibarət olmuşdur. Birincisi, kitabxanamıza ekskursiya edən oxuculara yeni kitablardan təşkil olunmuş sərgi nümayiş etdirildi.  Tədbirin ikinci hissəsi  kitabxanın digər şöbələri ilə tanış olan  şagirdlərin kitabxanaya  üzv  yazılmaqları ilə başa çatdırıldı.


Foto Qalereya