İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Tədbirlər
20 Sentyabr , 2018
İsmayıllı   MKS-nin   Uşaq   şöbəsi   oxucuları   kitabxanalara   cəlb   etmək məqsədilə növbəti tədbirini dünya ədəbiyyatı incilərini bizə bəxş edən yazıçıların əsərlərinə   həsr   etdi.   Bu   gün     kitabxananın   qonaqları   rayonumuzda   fəaliyyət göstərən   bir   neçə     məktəbin   şagirdləri   oldu.   Yeniyetmə   və   gənclərimizin   pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı   oxucuları  fondda   olan   xarici   ədəbiyyatla   tanış   etdilər.   Dünya   ədəbiyyatı incilərindən   sayılan   İspan   yazıçısı   Miqel   de   Servantesin,   Alman   şairi   Hayrix Haynenin, İngilis yazıçısı Conatan Sfiftin  əsərləri  müzakirə olundu
Foto Qalereya