İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Tədbirlər
21 Sentyabr , 2018
Yurda sülh! Cahana sülh!
21 setyabr dünyada Beynəlxalq sülh günüdür. Bu gün BMT tərəfindən               1981-ci il 21 sentyabr tarixində təsis edilib.
Böyük mövzu olan Sülh mövzusu bu gün torpaqlarımızın 20 faizi işğal altında olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəsüf ki, ən sülhsevər xalq olan, dünyanın tolerant ölkəsinin vətəndaşları Ermənilərin ölkəmizə təcavüzü nəticəsində öz vətənlərindən didərgin düşüb, uzun illər qurduqları ev-eşiklərindən  məcburi məhrum olublar. Çoxsaylı insan itqisi vermiş xalqımız 1993-çü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və 1994-çü ilin mayında atəşkəs haqqında müqavilə imzalandığından sonra ölkəmiz sabitliyə nail olmuşdur. 
İsmayıllı MKS-nın Uşaq şöbəsində Sülh günü ilə əlaqədar silsilə tədbirlr təşkil olunmuşdur. Kitabxanamızda müxtəlif yaşlı oxuculara cizgi filmləri nümayış etdirilib, nağıl və hekayələr söylənilmişdir.
Əməkdaşlarımız rayonumuzda fəaliyyət göstərən bağçalarda qonaq olaraq balaca fidanlarla viktorinalar təşkil edib, uşaq oyunları tərtib etmişdirlər.
Gənc və yeniyetmə yaşlarında olan oxuculara “Sülhə doğru gedək” adlı videoçarx nümayış etdirilmişdir.

Foto Qalereya