İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
29 İyul , 2020
İsmayıllı rayon MKS nin Mərkəzi kitabxanası Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Dilimiz, mənəviyyatımız” adlı video konfrans  keçirib.
Tədbirdə MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva, metodika şöbəsinin müdiri Nərgiz Həmidova , kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin işçisi Leyla Şirinova  çıxış ediblər. Qeyd olunub ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı kitabxana filiallarının kitabxanalarında hazırladıqları  sərgilərindən ibarət  videoçarxlara baxıblar.
Foto Qalereya